Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına görə, “Bəhreyn İnsan Hüquqları Cəmiyyəti”nin sədri, Baqir Dərviş Bəhreyn hökumətinin ictimai rəyin idarə olunması siyasətlərini tənqid edərək hökuməti ittiham edib. Bəhreyn hökuməti, inqilab mühitinə qarşı ittiham bəyanatları yaymaq, şəxsi nüfuzu ləkələmək və cəzaların artırılmasını təşviq etmək üçün fürsət axtarır.
Baqir Dərviş sosial şəbəkələrdəki hesabında qeyd edib ki, Bəhreyn televiziyası və dövlət mətbuatı vasitəsilə yayımlanan dəstək bəyanatları, təkcə qərar verici səlahiyyətə malik Ali Müdafiə Şurasının təkrarlanan səsini əks etdirir və bu, xalqın real mövqeyini əks etdirmir.
O, vurğulayaraq bildirib ki, səhvləri düzəltmək əvəzinə “dəmir yumruq” siyasətinə söykənən təhlükəsizlik tədbirləri sabitlik yaratmır və siyasi iştirak, yəni vətəndaşların qərar qəbul etmə prosesinə qatılması, həqiqi sabitliyə çatmağın yeganə yoludur. Təkcə ABŞ və İsrailin maraqlarını qorumağa yönəlmiş hərbi bazalara güvənmək kifayət etmir.
Baqir Dərviş həmçinin vətəndaşların daxili və xarici siyasətlərin müəyyən edilməsində iştirakı barədə sual edərək bildirib ki, bir ölkə, kiminsə paylaşdığı bir tvit və ya hər hansı bir məqaləni yenidən yaydığı üçün onu həbs etməklə məşğuldursa, xalq tərəfindən təsdiqləndiyini iddia edə bilməz.
İnsan Hüquqları Cəmiyyətinin sədri əlavə etmişdir ki, beynəlxalq media yaxşı bilir ki, Bəhreynin İrana qarşı müharibəyə müdaxiləsi geniş xalq dəstəyini əks etdirmir və bəzi rəsmi hesabatlar “media və təhlükəsizlik məsələlərini koordinasiya edən strukturu”nın göstərişi ilə Daxili İşlər Nazirliyində hazırlanır. Hətta nazir belə Bəhreyn televiziyasında yayımlanan məlumatların tam doğruluğuna etibar etmir.

Bəhreyn İnsan Hüquqları Cəmiyyətinin sədri Baqir Dərviş
Rəyiniz